Goranboyda qadın intihara cəhd etdi

Goranboyda qadın intihara cəhd etdi

Goranboyda qadın intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, hadisə Ağcakənd qəsəbəsində baş verib. Hələki məlum olmayan səbəbdən orta yaşlı qəsəbə sakini İsmayılova Arifə İmanverdi qızı zərərli və normadan artıq dərman preparatı qəbul edərək intihara cəhd edib.

Ağır durumda olan qadın öncə rayon xəstəxanasına çatdırılıb, daha sonra isə paytaxt klinikalarında birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı

Mənbə: www.unikal.org