İki qız uşağına təvavüz edən şəxsə REKORD CƏZA tələbi - 108 il

İki qız uşağına təvavüz edən şəxsə REKORD CƏZA tələbi -  108 il

Türkiyədə iki qız uşağına təcavüz edilməsinə görə məhkəmədə 108 il cəza tələb edilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 12 və 13 yaşlı iki qız uşağına zor tətbiq edib, təcavüz etdiyinə görə saxlanılan 32 yaşlı Mustafa Saydam və sevgilisi 18 yaşlı Dilek Ece Aydemirə prokuror məhkəmədə 108 il cəza tələb edib.

Hadisə iki ay əvvəl Ankara şəhərində baş verib. Dilek Ece Aydemir eyni binada qonşu olan iki qız uşağını səhər yeməyi yemək bəhanəsi ilə sevgilisi Mustafa Saydamın evinə aparıb. Mustafa Saydamın evdə qızlara məcbur içki içirdiyi, onlara zor tətbiq edərək cinsi əlaqədə olduğu bildirilir. Binanın komendantının qışqırıq səsini eşitdi üçün mənzilin qapısını döyüb, bundan sonra Mustafa qızları sərbəst buraxıb. Qızlardan birinin nənəsinin polisə şikayət etməsindən sonra Mustafa Saydam və sevgilisi Dilek Ece Aydemir saxlanılıb.

Polisə ifadə verən Dilek Ece Aydemir qonşu qızlarla birlikdə səhər yeməyi yediyini, sonra başqa otağa keçdiyini bildirib. Mustafa Saydamın təcavüz etdiyini görmədiyi, başqa otaqda olduğunu deyib. Təcavüz etdiyi iddia olunan Mustafa Saydam da ittiamı qəbul etmədiyini bildirib.

Məhkəmə davam edir.

Mənbə: metbuat.az