Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında ölüb

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında ölüb

Gürcüstanın Dmanisi rayonu yaxınlığında ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı minik avtomobili və yük maşını toqquşub.

Nəticədə minik maşınında olan 4 nəfər hadisə yerində ölüb. Həmin şəxslər kişi, onun oğlu, gəlini və nəvəsi olmaqla bir ailənin üzvləridir.

Azərbaycanlı ailə Dmanisinin Səfərli kəndində yaşayıb.

Qəzanın səbəbinin araşdırılması istiqamətində istintaq aparılır.

Mənbə: report.az