Qazaxda piyadanı avtomobil vurub

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Kərimovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzda avtomobil qəzası olub, ölən və yaralananlar var

SONRAKI XƏBƏR

Altsheymer xəstəliyi qadınlar arasında daha çox yayılıb