Tovuzda avtomobil qəzası olub, ölən və yaralananlar var

Tovuzda avtomobil qəzası olub, ölən və yaralananlar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində 2 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Xəsarət alan bir neçə nəfər xəstəxanaya aparılıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az