Göyçayda yol qəzasında bir polis ölüb, digəri xəsarət alıb

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Məzahir Mustafayev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Məzahir Mustafayev xəsarət aldığı üçün xəstəxanaya aparılıb, onun sərnişini Murad Babayev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən və xəsarət alan hər iki şəxs Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov

SONRAKI XƏBƏR

Tarkanın həyatı film olur – “Netflix”də