Qazaxıstanda azərbaycanlı rədd etdiyi sevgiyə görə 11 il cəza alıb - VİDEO

Qazaxıstanda azərbaycanlı rədd etdiyi sevgiyə görə 11 il cəza alıb - VİDEO

Azərbaycan vətəndaşı Vüqar Həsənov artıq 5 ildir ki, Qazaxıstanın cəzaçəkmə müəssisəsində saxlanılır. O, Aktaudan olan bir qızın sevgisinə qarşılıq vermədiyinə görə 11 il cəza alıb. Belə ki, 16 yaşlı Mədinə əvvəlcə Vüqar Həsənovun onu zorladığını deyib və oğlanı cəzalandırmaq istəyib. Bu işdə ona vəkil tanışı kömək edib və bildirib ki, oğlanı maksimum üç gün həbs gözləyir. Lakin Həsənov ona qarşı irəli sürülən ittihama görə 11 il cəza alandan sonra Mədinə başa düşüb ki, vəkil onu aldadıb və məhkəmədə fikrini dəyişdiyini desə də, ​​artıq gec olub: məhkəmə qizin təkzibini və müayinə olunmasını artıq nəzərə almayıb və Həsənova 11 il cəza kəsib.

Vüqarın atası Zahid Həsənovun Azərbaycan vətəndaşı olan yeganə oğlunun Qazaxıstan həbsxanasına düşəcəyini ağlına belə gətirməyib. Keçmiş zabit artıq dörd ildir ki, sakit təqaüd əvəzinə, Qazaxıstanın ədliyyə müəssisələrinin dəhlizlərində illərini keçirir.

Bu günlərdə Qazaxıstanın Ali Məhkəməsi bu səs-küylü cinayət işi ilə bağlı qərar verəcək.

Mənbə: virtualaz.org