Rusiyada 8 mindən çox insan işıqsız qaldı

Rusiyada 8 mindən çox insan işıqsız qaldı

Rusiyanın Pskov vilayətində yağan güclü qar elektrik enerjisinin verilişində problemlər yaradıb.

Axar.az xəbər verir ki, bu barədə regionun administrasiyası məlumat yayıb.

Hazırda vilayətdə 8 mindən çox sakinin işıqsız qaldığı deyilir.

Ən çətin vəziyyət Novorjev, Pustoşkin, Novosokolni, Bejaniçk, Loknyansk rayonlarında yaşanır.

Yaranan problemin aradan qaldırılması üçün 96 briqada, 370 mütəxəssis və 100 texnika səfərbər olunub.

 

Mənbə: axar.az