Bakıda ahıl qadını avtomobil vurub

Bakıda ahıl qadını avtomobil vurub

Paytaxtın Suraxanı rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Diləmova Tamara Tanrıverdi qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.

 

Mənbə: news.milli.az