Güclü qar səbəbindən insanlar üç gündür “pub”dan çıxa bilmir - FOTO

Güclü qar səbəbindən insanlar üç gündür “pub”dan çıxa bilmir - FOTO

Böyük Britaniyada ötən həftənin cümə günü “pub”a daxil olan müştərilər üç gündür ki, oradan çıxa bilmirlər.

“Arven” qasırğasında yağan qar səbəbindən ümumilikdə 61 nəfər dəniz səviyyəsindən 528 metr yüksəklikdə yerləşən əyləncə məkanında qalıb.

Cümə günü canlı musiqiyə qulaq asmaq və bəziləri də gecə qalmaq üçün məkana gəlib və hələ də oradan çıxmayıblar. Şənbə günü səhər saatlarında qarın səviyyəsinin 1 metrə yaxınlaşıb və yataq otaqlarının pəncərələrinə qədər qalxıb.

Bildirilir ki, qar yağması ilə yanaşı qırılan elektrik kabelləri də yolları istifadəyə qismən bağlayıb.

Həftə sonu “pub”da qalan insanlar ön qapıdan çıxmaq üçün qar tuneli qazmağa başlayıblar. Çölə çıxa bilməyənlər darıxmamaq üçün karaoke və bilik yarışları təşkil edirlər.

Mənbə: BBC

Mənbə: www.oxu.az