Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında daha 18 mədənçinin meyiti tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, meyitlərin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

“Onlardan 10-u yuxarı transportasiyaya hazırdır. Hələlik yüksək metan səviyyəsinə görə bunu gerçəkləşdirmirik”, - agentlik bildirib. .

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə nəticəsində 43-i xilasedici olmaqla, 96 nəfər ölüb. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilmişdi.

Mənbə: report.az