Yanacaq daşıyan avtomobil yanıb

Yanacaq daşıyan avtomobil yanıb

Xaçmaz rayonunda "TIR" yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində baş verib.

Belə ki, Əmrah Şeydayevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın başlayıb. Alov tez bir zamanda yük maşınını ağuşuna alıb.

Sürücü və sərnişini avtomobili söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Hadisə nəticəsində, Xaçmaz rayonu Şıxlı kənd sakini, 1962-cil təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və sərnişin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif yanıq xəsarətləri alıblar.

Hadisə yerinə Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az