Türkiyədə 5 baldan yuxarı zəlzələ olub

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin qərbində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar İzmir vilayətinin Urla şəhərində daha güclü hiss olunub.

Əsas təkanlardan sonra 4,3 və 2,8 bal gücündə afterşoklar qeydə alınıb.

 

Hər hansı bir itki və ya fəsad barədə məlumat daxil olmayıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

XİN başçısı: "İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər"

SONRAKI XƏBƏR

Şəkidə karantin qaydalarını pozan şadlıq sarayı açıqlanıb