Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu

Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir, həbsdə olan Eldar Həsənovun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, E.Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi dekabr ayının 3-nə təyin edilib. İş hakim Əfqan Hacıyevin icraaatındadır.

Qeyd edək ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 193-1.3.2-cü maddələri ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) ittiham elan edilib.

Murad İbrahimli

Mənbə: www.unikal.org