Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakl-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: report.az