Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralanan var

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rezonans yaradan hadisə: Canlı yayımda ŞOK YAŞADI: Cazibədar aparıcı... / VİDEO

SONRAKI XƏBƏR

Rusiyanı “Dünya gözəli”ndə türk qızı təmsil edəcək