Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim edən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Mənbə: report.az