Ata 3 aylıq körpəsini döyüb, lentə aldı

Ata 3 aylıq körpəsini döyüb, lentə aldı

Türkiyədə ata 3 aylıq körpəsini döydüyü anları lentə alıb.

"Unikal" xəbər verir ki, hadisə Qaziantepdə qeydə alınıb. Belə ki, ağlayan körpəsini susdurmaq istəyən ata onu qucağına alıb. Daha sonra isə başına dəfələrlə yumruq zərbəsi endirib. Dəhşətlisi budur ki, həmin anlar otaqda olan bir başqası tərəfindən anbaan lentə alınıb.

Körpəsinin səsinə gələn ana gördüyün mənzərədən şoka düşüb. O, övladınıərindən xilas edərək xəstəxanaya aparıb. Həkimlər körpənin kəllə-beyin travması aldığını bildiri və reanimasiya şöbəsinə yerləşdirib. Onun vəziyyəti ağır olaraq qalır.

Ata isə polis tərəfindən nəzarətə götürülüb. O, körpənin susdurmaq üçün zərbələr endirdiyini etiraf edib. Hazırda cani ata saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.

Mənbə: www.unikal.org