Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Unikal" xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Hacıqabul şəhərində Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.
Ağır kəllə-beyin travması alan 30 yaşlı keçmiş polis əməkdaşı aldığı xəsarətlərdən Şirvan xəstəxanasına çatdırılandan bir-neçə dəqiqə sonra ölüb. Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.(apa.az)

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır

SONRAKI XƏBƏR

Qazax sakini hündürlükdən yıxılaraq xəsarət alıb