İrandan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

İrandan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı  AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstan sərhədində baş verənlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Bu axşam sərhəd bölgəsində yerləşən kənd sakinləri arasındalı anlaşılmazlıq səbəbindən Sistan-Nimroz bölgəsində silahlı qarşıdurma baş verdi. Bu hadisə hər iki tərəfdəki sərhəd mühafizəçilərinin koordinasiyası ilə sona çatdı”, - o qeyd edib.

Agentliyin məlumatına görə, Sistan və Bəlucistan valiliyi hazırda hadisə yerində təhlükəsizliyin bərqərar olduğunu bildirib.

 

Mənbə: qafqazinfo.az