Göyçədə yanğın: 500 qoyun, 25 inək yandı

Göyçədə yanğın: 500 qoyun, 25 inək yandı

Ermənistanın Göyçə mahalının (Geqarkunik) Liçk kəndində ötən gücə baş verən yanğından tələfatın daha çox olduğu açıqlanıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, ən son məlumata görə, yanğın nəticəsində 500 qoyun, 25 iribuynuzlu heyvan və 6250 tayanın yandığı bildirilib.

Yanğında daha iki erməni yanıq xəsarətləri alıb.

Yanğının səbəbi bilinmir.

Mənbə: axar.az