Təmir səs-küyündən bezib, qonşusunu liftdə partlatdı - VİDEO

Rusiyanın İrkutsk şəhərinin sakini qonşusunun təmir səs-küyündən bezdiyinə görə onu liftdə partladıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 30-da baş verib.

30 yaşlı Viktor Molçanov mənzilini təmir edib. Təmir zamanı səsdən narahat olan qonşusu 50 yaşlı Aleksandr Çernikov qisas almaq məqsədilə özünün hazırladığı bombanı qonşusu liftə olarkən örtülü formada onun yanına atıb.

Nəticədə lift partlayıb, sərnişini əl və ayaqlarından ciddi xəsarət alıb.

Dindirmə zamanı Çernikov Molçanovla uzun müddətdir münaqişəsi olduğunu, lakin bu yaxınlarda qonşunun təmirə başladığını və bu səsin onu dəli etdiyini deyib. Buna görə də qisas almaq üçün onu partlatmaq qərarına gəldiyini söyləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Çernikovun mənzilində axtarış zamanı bombanın komponentləri, müxtəlif kimyəvi maddələr və onun yaradılması üçün alətlər aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Qətər Ərdoğan-Rəisi razılaşmasına qoşulur

SONRAKI XƏBƏR

Merkel mənə söz verdi ki, bu iki min miqrant... - Lukaşenko