Abşeronda avtomobillə vurulan qadın ağır xəsarətlər alıb

Abşeronda avtomobillə vurulan qadın ağır xəsarətlər alıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qobu yolunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məmmədova Müjgan Elxan qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın koməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sol gözaltı nahiyənin hematoması, 9 və 10-cu qabırğanın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Mənbə: report.az