Ağlasığmaz cinayət: Körpəsini bıçaqlayıb, sobada yandırdı

Ağlasığmaz cinayət: Körpəsini bıçaqlayıb, sobada yandırdı

Türkiyədə ağlasığmaz cinayət hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Yozqat şəhərində Fatma B. adlı qadın 1 aylıq körpəsini bıçaqlayıb, daha sonra isə sobaya ataraq yandırıb.

O, körpəsini öldürdükdən sonra qonşularına bu barədə deyib. Qonuşlar da öz növbəsində polisə məlumat veriblər.

Bildirilib ki, qadın bu vəhşi əməli törədərkən əri evdə olmayıb.

Fatma.B-nin hansı səbəbdən belə addım atdığı məlum deyil.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Mənbə: axar.az