Rusiyada deputata cinayət işi açılıb

Rusiyada deputata cinayət işi açılıb

Rusiya İstintaq Komitəsi Dövlət Dumasının Kommunist fraksiyasından olan deputatı Valeri Raşkinə qarşı cinayət işi açıb.

Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlanan Petrenko bildirib.

O, istintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən deputata qarşı “qanunsuz ov” maddəsi ilə cinayət işi açıldığını söyləyib.

Qeyd edək ki, oktyabrın 29-da Saratov vilayətindəki “Lebedka” ovçuluq təsərrüfatı ərazisində deputat Valeri Raşkin karabin silahı ilə sığı vurub. Ovdan qayıdarkən Raşkin vilayətin ovçuluq təsərrüfatı və balıqçılıq komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 25-də baş prokuror İroq Krasnov qanunsuz ov fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən deputatın toxunulmazlığının ləğv olunması üçün Dövlət Dumasına müraciət edib. Deputatlar səs çoxluğu ilə baş prokurorun müraciətini dəstəkləyiblər.

Cebhe.info

Mənbə: cebhe.info