Polşada 8 miqrantın cəsədi tapılıb

Polşada 8 miqrantın cəsədi tapılıb

Polşa Sərhəd Mühafizəsinin komendantı Anna Mixalskaya bildirib ki, sərhəd böhranı başlayandan bəri Polşada 8 miqrantın cəsədi tapılıb. AzVision.az -ın məlumatına görə, bu barədə komendant jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölənlər arasında sərhədi qanunsuz keçmək istəyərkən dünyasını dəyişən kişi də var: “Həmin şəxsə tibbi yardım olundu. Təəssüf ki, onun həyatını xilas edə bilmədik”.

Bundan əvvəl Polşa daxili işlər nazirli Mariuş Kaminski 2022-ci il martın 1-dək Belarusla sərhədə səfərlərə qadağa qoyub. Qeyd olunur ki, Belarusla sərhəddən 3 km məsafədə yerləşən 183 yaşayış məntəqəsində qalmaq qadağandır. Sərhəd zonasında yalnız yerli sakinlərə və xüsusi buraxılışı olanlara icazə verilir.

İlkin Nəcəfzadə
 

Mənbə: azvision.az