Döyüş mövqeyində 3 erməni hərbi qulluqçunun qətl işi üzrə ekspertiza rəyi alınıb

Döyüş mövqeyində 3 erməni hərbi qulluqçunun qətl işi üzrə ekspertiza rəyi alınıb

Avqust ayında döyüş mövqeyində 3 erməni hərbi qulluqçunun qalmaqallı qətli hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə zərərçəkən tərəfin şübhələri var ki, cinayət işi üzrə obyektiv istintaq həyata keçirilmir. Ordu.az xəbər verir ki, erməni hərbi qulluqçu Murad Muradyanın hüquqi varisinin nümayəndəsi Hayarpi Sarkisyan cinayət işinin gedişi ilə bağlı müəyyən təfərrüatları açıqlayıb, istintaqın obyektivliyinə şübhələrini bildirib.

Xatırladaq ki, avqustun 19-da döyüş mövqelərindən birində 3 erməni hərbi qulluqçunun cəsədi tapılıb.

Sarkisyan qeyd edib ki, noyabrın 16-da ona bir neçə qərar, daha sonra isə məhkəmə-tibbi ekspertizasının rəyi təqdim edilib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az