"Albert Riji"nin taclandırdığı "qanuni oğru"ya 8 il HƏBS

Rusiyanın Samara şəhər məhkəməsi "Beso Rustavski" ləqəbli kriminal avtoritet Besik Kvinixidze 8 il azadlıqdan məhrum edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, narkotik və qanunsuz silah saxlamaqda ittiham olunur. 39 yaşlı "Beso Rustavski" 2013-cü ildə "qanuni oğru" Tamas Pipiyanın ad günündə taclandırılıb.

Onun taclandırma mərasimində başlıca fiqur kimi, "Albert Riji" ləqəbli kriminal avtoritet Əli Heydərov çıxış edib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 11 -ci sinif şagirdi intihar ETDİ

SONRAKI XƏBƏR

Ağdamda 33 il əvvəl əkilən çinar ağacları - VİDEO