Lavrovla ATƏT-in Baş Katibinin görüşündə işıqlar SÖNDÜ – VİDEO

Stokholmda Rusiya XİN rəhbəri Sergey Lavrovla ATƏT-in Baş Katibi Helqa Şmidin danışıqları zamanı qəfil işıqlar sönüb.

Bizim.Media xəbər verir ki, bu insident görüş iştirakçılarını güldürüb.

Elə də böyük olmayan otaqda keçirilən görüşdə iştirak etmək istəyən jurnalistlər də çox olub. İlkin ehtimala görə, otağa girənlər arasında sıxlığa görə həmin jurnalistlərdən biri bilmədən düyməyə toxunmaqla işıqları söndürüb.

Otağın bir neçə saniyəlik zülmətə qərq olması hamını güldürüb. Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç zarafatdan da qalmayıb:

“Gəlin diskoteka hazırlayaq”.

Lavrov isə jurnalistlərdən divara söykənməməklərini ingiliscə xahiş edib.

Videonu təqdim edirik:

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Sahil Babayev: "Azərbaycanda sosial müdafiə xərcləri artırılıb"

SONRAKI XƏBƏR

Neft qiymətləri çökdü – KƏSKİN UCUZLAŞMA – SON VƏZİYYƏT