Biləsuvarda maşın aşdı, yaralılar var

Biləsuvar rayonunda avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Kərgəlan kənd sakini Quluyev Fəzail Ələkbər oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan üç sərnişindən ikisi müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə olunub. Əl və qol nahiyələrində sıyrılmış və kəsilmiş yaraları olan xəstələrə həkimlər tərəfindən lazımi yardım göstərilib.

Surxay Şahbazov

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Subari: Saakaşviliyə 500 il həbs cəzası verilə bilərdi...

SONRAKI XƏBƏR

Azərbaycan müharibədən sonra ATƏT-ə əməkdaşlıq üçün təkliflər verib və hələ də cavab gözləyir - Nazir