Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində üçü bir ailənin üzvü olmaqla, dörd nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Klub müdafiəçisi: "Uğurlu çıxışın səbəblərindən biri də..." - Müsahibə

SONRAKI XƏBƏR

Koronavirusu ağır keçirənlərə XƏBƏRDARLIQ