Şirvan sakinləri narkotik və psixotrop maddələrlə tutuldular

Şirvan sakinləri narkotik və psixotrop maddələrlə tutuldular

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Şirvan şəhər sakini Elçin Qəhrəmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan virtualaz.org-a verilən məlumata görə, dindirilmə zamanı E.Qəhrəmanov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Seymur Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri Əfqan Bədəlov və Canbulad Nərimanov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

 

Mənbə: virtualaz.org