Fransada ninja paltarlı şəxs polislərə hücum etdi - Yaralılar var

Fransanın şimal-qərbindəki Şerburq kommunasında ninja paltarı geyinmiş, qılıncla silahlanmış şəxs polislərə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb. Nəticədə iki qadın polis yaralanıb. Hadisə polislərin avtomobil oğurlamaqda şübhəli bilinən kişini saxlamağa çalışarkən baş verib. Ninja kostyumu geyinmiş, əlində qılınc olan şəxs oğurlanmış avtomobildən düşərək polis əməkdaşlarının yanına gedib, daha sonra onlara xəsarətlər yetirib.

Maşında həmkarlarını gözləyən üçüncü polis həmin şəxsə atəş açıb, o, ağır yaralanıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Azerreyl"in prezidenti istefa verib

SONRAKI XƏBƏR

Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq edib