Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb

Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb

Qusar rayonunda yaşayış evi yanıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus yaşayış evi tamamilə yanıb. Evdə olan Ə.Babayev də yanaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

Mənbə: news.day.az