Afrikanın daha bir ölkəsində "omikron" ştamına yoluxma qeydə alınıb

Zambiyada koronavirusun omikron ştamı ilə ilk yoluxma halları müəyyən edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Silvia Masebo məlumat verib.

Məlumata görə, "omikron" ştamı üç nəfərdə aşkar edilib.

Masebonun sözlərinə görə, yeni ştam bu yaxınlarda xaricdə səfərdən qayıdan tam peyvənd olunmuş şəxslərdə qeydə alınıb.

Nazir bildirib ki, hər üç şəxs xəstəxanada karantindədir.

Bununla da Zambiya koronavirusun "omikron" ştamı yayılan yeddinci Afrika ölkəsi olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İtaliyada 5 yaşdan kiçik uşaqlar peyvənd oluna bilər

SONRAKI XƏBƏR

Fulya Öztürk ikinci dəfə koronaya yoluxdu