Hindistanda atışma zamanı 14 nəfər həlak olub

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndlilərin üsyançılarla səhv salınması nəticəsində azı 13 mülki şəxs və ölkənin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Goranboyda kişi naməlum şəraitdə ağır xəsarətlər aldı

SONRAKI XƏBƏR

Ərdoğandan məzənnə açıqlaması: Gələn ilin ilk ayında...