İranda müəmmalı PUA qəzası - Dron kimə məxsusdur?

Sosial şəbəkənin İran seqmentində PUA-nın qəzaya uğramasına dair foto və video yayımlanıb.

Yenisabah.az YJC-yə istinadla xəbər verir ki, hadisə Kuhrəng şəhərinin Miyə kəndi yaxınlığnda baş verib.

Qəza yerində çəkilmiş video və fotolardan helikopterin PUA-nı helikopterlə aparıldığı görünür.

Çaharmahal və Bəxtiyari əyalətində yerləşən Kuhrəng şəhər rəsmisi internetdə yayımlanan videonun həqiqiliyini təsdiqləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib:

“Hələlik bu dron haqqında heç bir dəqiq məlumat yoxdur”.

Xatırladaq ki, dünən İranın Nətənz nüvə mərkəzi yaxınlığında partlayış və dron vurulması barədə ziddiyyətli məlumatlar yayılmışdı.

Rəsmilər həmin ərazidə təlimlərin keçirildiyini bildirib.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Belluççi Türkiyəyə gəlir: Bunları istədi...

SONRAKI XƏBƏR

"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb