Mustafayevə küçə itləri hücum etdi, ona xəsarətlər yetirdi

Mustafayevə küçə itləri hücum etdi, ona xəsarətlər yetirdi

İsmayıllı rayonunda daha bir nəfərə sahibsiz küçə iti xəsarət yetirib. Yerli KİV-lərin məlumatında görə, İsmayıllı şəhər sakini, 1960-cı il təvəllüdlü Mustafayev Sarvan Dəmir oğlu ötən gecə evinə ərzaq apararkən qəflətən itlərin hücumuna məruz qalıb. İtlərdən biri onun sağ əlini dişləyərək əlindəki ərzağı aparıb. O, üç barmağının dişlənmiş yarası ilə xəstəxanaya aparılıb, quduzluğa qarşı vaksin olunub, hazırda müalicəsi davam edir.

Qeyd olunur ki, son vaxtlar İsmayıllıda sürü halında gəzən itlər hər tərəfə qorxu saçır. Rayonda it dişləməsi halları çoxalıb. Bu da sahibsiz küçə itlərinin sayının artmasından xəbər verir. İsmayıllı rayonunda son bir ildə 500-dən çox insanı it dişləyib. İsmayıllı şəhərinin bütün küçələrində sahibsiz itləri görmək mümkündür.

Mənbə: virtualaz.org