Partlayışda xəsarət alan 85 yaşlı kişi öldü

Partlayışda xəsarət alan 85 yaşlı kişi öldü

Gəncə şəhərində noyabrın 30-da evdə qaz sızmasından baş vermiş partlayışda xəsarət alan şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, partlayış nəticəsində 1935-ci il təvəllüdlü Həsən Musayev ağır xəsarət alıb.

O, müalicə olunması üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

H.Musayev xəstəxanada vəfat edib.

Murad Əhməd

Mənbə: qafqazinfo.az