Rusiya gəmisi Polşa sahillərində saxlanıldı

Rusiya gəmisi Polşa sahillərində saxlanıldı

Polşa sərhədçiləri və dəniz qüvvələri Qdansk körfəzində Rusiyaya məxsus ticarət gəmisini saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “RMF 24” məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də gəmi limana yaxınlaşıb. Gəminin heyəti nə sərhəd xidmətinin, nə də liman kapitanının ofisinə cavab verməyib. Gəmi ilə yalnız sahilə 1.5 km qalmış əlaqə saxlamaq mümkün olub. Məlum olub ki, gəminin bütün heyəti sərxoş olub.

Gəmi lövbər dayanacağına aparılıb.

 

Mənbə: axar.az