Avstraliya parlamenti bağlanıb: işçilərinin birində koronavirus aşkarlanıb

Avstraliya parlamenti bağlanıb: işçilərinin birində koronavirus aşkarlanıb

Avstraliya Federal Parlamentinin binası bu həftə işçilərindən biri koronavirusa yoluxandan sonra ziyarətçilər üçün bağlanıb. Bu barədə bazar günü CBS telekanalı məlumat yayıb.

Qeyd olunur ki, söhbət “Yaşıllar” Partiyasının lideri Adam Bandtın köməkçisindən gedir. Onun koronavirusa qarşı tam peyvənd olunduğu deyilir.

Telekanalın məlumatına görə, binaya girişə yalnız məsafədən işləmək imkanı olmayan işçilər üçün icazə veriləcək. Maskaların taxılması yenidən məcburi olacaq. Telekanalın qeyd etdiyi kimi, bu həftə Avstraliyanın baş naziri Skott Morrison və Avstraliya müxalifətinin lideri Entoni Albanes də parlamentdə olublar.

Mənbə: virtualaz.org