Qətlə yetirilən turistlər tapıldı

Qətlə yetirilən turistlər tapıldı

Kiprdə noyabrın ortalarında yoxa çıxan 2 rusiyalı qadının cəsədi Limassol əyalətindəki istirahət evinin bağçasında tapılıb.

Yenisabah.az "Cyprus Mail"ə istinadla xəbər verir ki, polis qətli 32 yaşlı Suriya vətəndaşının törətdiyini güman edir. O, cinayəti etiraf edib və cəsədləri harada gizlətdiyini göstərib. Həmçinin, işdə təqsirləndirilən şəxsin iki tanışı da var.

43 yaşlı Əl-Raisi Həyat (əslən Suriyadandır) və 33 yaşlı Mariya Qazibandova adaya turist kimi gəliblər. Şübhəli şəxs təmir işləri apardığı istirahət evində onlarla görüşüb. Daha sonra hələ məlum olmayan səbəblərdən qadınları odlu silahla qətlə yetirib və cəsədlərini həyətdə basdırıb.

Adamın özü əvvəlcə rusları otellərinə qaytardığını, oğurluqda başqa bir şəxsin günahkar olduğunu bildirib.

Polis onu da bilir ki, təqsirləndirilən şəxs bir neçə dəfə zərərçəkmişlərdən birinin kredit kartından istifadə edib.

Mənbə: yenisabah.az