“Omikron” Rumıniyaya da çatıb

“Omikron” Rumıniyaya da çatıb

Rumıniyada iki nəfərdə koronavirusun yeni “omikron” ştamına yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, virus Buxarestdə təyyarə ilə Cənubi Afrikadan gələn iki sərnişində təsdiqlənib.

Bunlar, Brasov şəhərindən olan 48 yaşlı qadın və Vaslui şəhərindən olan 59 yaşlı kişidir. Hər iki şəxs evdə təcrid olunur.

İqbal Hacıyev

Mənbə: azertag.az