Türkiyədə daha 185 nəfər koronavirusun qurbanı OLDU

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 937 nəfərin test edildiyi, 19 357 nəfərin testinin pozitiv nəticə verdiyi, 24 278 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 910 438 peyvənd tətbiq edilib ki, bunun 90,82 faizi birinci, 81,61 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın “Kinotavr” festivalının yaradıcısı vəfat edib

SONRAKI XƏBƏR

“Formula-1” yarışında qəza baş verib