Qərargaha hücum edib 29 əsgəri öldürdülər

Qərargaha hücum edib 29 əsgəri öldürdülər

Nigerin Tillaberi bölgəsində G5 Sahel Birləşmiş Qüvvələrinə aid Fianto qərargahına silahlı hücumda 29 hərbçi həyatını itirib.

Axar.az xəbər verir ki, hücuma verilən qarşılıq nəticəsində isə 79 terrorçu məhv edilib.

Bildirilib ki, sözügedən silahlılar əraziyə yüzlərlə motosikletlə gəliblər.

Hücumu hər hansı qrup öz üzərinə götürməyib. Ərazidə Əl-Qaidə və İŞİD-ə biət edən xeyli sayda qruplar mövcuddur.

Qeyd edək ki, Sahel Birləşmiş Qüvvələri 2017-ci ildə Niger, Mavritaniya, Çad, Mali və Burkina-Fasonun iştirakı ilə yaradılıb.

 

Mənbə: axar.az