BMT-nin Malidəki düşərgəsində partlayışlar törədilib

BMT-nin Malidəki düşərgəsində partlayışlar törədilib

Malinin cənub-şərqində yerləşən Qao əyalətində BMT-nin Sabitləşdirmə Missiyasının düşərgəsində ardıcıl olaraq iki partlayış baş verib.

"Report"un xəbərinə görə, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Məlumata görə, düşərgəyə dörd hücum olub. İnsan itkisi qeydə alınmasa da, əmlaka ciddi maddi ziyan dəyib.

Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı qrupların silahlıları arasında qarşıdurma 2012-ci ildə başlayıb. Toqquşmaların qarşısını almaq üçün ölkədə BMT-nin sülhməramlı missiyası yerləşdirilib.

Mənbə: report.az