Kanadada təyyarə qəzası olub, ölənlər var

Kanadada təyyarə qəzası olub, ölənlər var

Kanadanın şərqindəki Nyufaundlend və Labrador əyalətində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə Uebuş yaşayış məntəqəsi yaxınlığındakı Flora gölünün ərazisində baş verib. Qəzaya uğrayan təyyarə xilasedicilər tərəfindən tapılıb. Hadisə zamanı təyyarədə pilotla yanaşı bir sərnişin də olub, onların ikisi də ölüb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Mənbə: report.az