Polşada saxlanılan Rusiya gəmisinin bütün heyəti sərxoş olub

Polşada saxlanılan Rusiya gəmisinin bütün heyəti sərxoş olub

Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində limana istiqamətlənmiş Rusiyaya məxsus “Ruslana” yük gəmisini saxlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın "PortalMorski" informasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, gəminin təyin olunmuş marşrut istiqaməti dəyişdikdən sonra sərhədçilərin heyətlə əlaqə saxlamaq cəhdlərinə cavab verilməyib. Daha sonra Dəniz Axtarış və Xilasetmə Xidməti (SAR) xilasetmə gəmisi "Wind"i qəza yerinə göndərib.

Quru yük gəmisinin göyərtəsində Polşa sərhədçiləri gəmi kapitanının və iki dənizçinin alkoqol sərxoşluğu vəziyyətini müəyyən ediblər.

Polşalı xilasedicilər 180 dərəcə kəskin dönüş etməklə yük gəmisini quruya oturmaqdan yayındıra biliblər.

Quru yük gəmisi "Ruslana" Sankt-Peterburqdan olan "Transflot" MMC gəmiçilik şirkətinə məxsusdur. Gəminin uzunluğu 119 metr, yükgötürmə qabiliyyəti isə 7697 tona çatır.

Mənbə: www.bizimyol.info