Kənd sakini yanğına görə FHN əvəzinə təcili yardıma ZƏNG ETDİ

Kənd sakini yanğına görə FHN əvəzinə təcili yardıma ZƏNG ETDİ

Yevlax rayonunun Gülövşə kəndində gecə saatlarında yanğın baş verib.

Bizim.Media-ın əldə etdiyi məlumata görə, kənd sakinlərindən biri mal tövləsində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə FHN-nın yanğınsöndürmə briqadalarını çağırmaq əvəzinə təcili yardıma (103) zəng edib.

Onlar tez yetişərək mal-qaranın xəsarət alıb-almadığını soruşublar.

Bundan sonra o, alovu lokallaşdırmaq üçün 101-ə müraciət edib. Əraziyə gələn yanğınsöndürənlər yanğının digər tikililərə keçməsinin qarşısını alıb.

Ehtiram Muradov

Mənbə: bizim.media