Sumqayıtda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Sumqayıtda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 06 radələrində şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, Afiq Cəfərovun idarə etdiyi “Opel Astra” markalı avtonmobil hərəkətdə olan zaman piyada, 1951-ci il təvəllüdlü Tənzif Məmmədovanı vurub. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: report.az